“Azərbaycan zəlzələ ilə bağlı lazım olan bütün yardımları həyata keçirib” – Türkiyə səfirindən AÇIQLAMA.

  • Space TV
  • 30 Yanvar 2020 12:54

“Zəlzələnin ilk anından etibarən həm Azərbaycanın Xarici İşlər, həm də Fövqəladə Hallar nazirliklərindən Türkiyəyə yardım üçün hər zaman hazır olduqlarını bildirdilər”.

SPACE TV -in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral jurnalistlərə açıqlamasında bildirib.

Səfirin sözlərinə görə, Türkiyənin Elazığ bölgəsində zəlzələ baş verən andan Azərbaycan tərəfi müvafiq addımlar atıb: “Bu istiqamətdə bizim yanımızda oldular, hər iki ölkənin səfirlikləri və müvafiq qurumları vasitəsilə qarşılıqlı əlaqə saxlanılıb. Azərbaycan zəlzələ ilə bağlı lazım olan bütün yardımları həyata keçirib”.

Paylaş

 Xəbəriniz olsun