Azərbaycan xüsusi dronlar alacaq

  • Space TV
  • 6 Yanvar 2021 10:23

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) işğaldan azad olunmuş torpaqlarımızın təmizlənməsi üçün yeni texnikanın alınmasını planlaşdırır.

Spacetv.az xəbər verir ki, bunu “Sputnik Azərbaycan”a ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov söyləyib.

“Bizdə beşinci nəsil “Bojena”lardan istifadə olunur. İndi daha müasir analoqunu almağı planlaşdırırıq. Eləcə də, dronları yoxlamadan keçiririk. İlkin nəticədən razı qalmışıq. Ancaq hələ əməliyyatlara cəlb etməmişik. Dronun istehsalçılarına müraciət edərək, bəzi parametrləri əlavə etmələrini istəmişik”, – İsmayılov deyib.

PUA-lar ərazinin daha düzgün coğrafi koordinatlarını almağa və axtarış işlərini asanlaşdırmağa imkan verir.

Bununla yanaşı, ANAMA əməkdaş sıralarını da genişləndirib, istehkamçıların sayı 400-dən 600-ə çatdırılıb. 

Ancaq təşkilat bununla kifayətlənmək niyyətində deyil, çünki yaxın bir neçə il ərzində respublikanın bütün işğaldan azad olunmuş ərazilərini minalardan təmizləməlidir.

Paylaş

 Xəbəriniz olsun