Azərbaycan XİN Ukraynanı təbrik etdi

  • Space TV
  • 24 Avqust 2020 10:35

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Spacetv.az xəbər verir ki, təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yer alıb.

“Ukraynanı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik. İnanırıq ki, ənənəvi Azərbaycan və Ukrayna əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək. Bu bayram günündə dost Ukrayna xalqına möhkəm cansağlığı, davamlı sülh və rifah diləyirik”, – qeyd olunub.

Paylaş

 Xəbəriniz olsun