Azərbaycan XİN Meksikanı Müstəqillik Günü münasibətlə təbrik edib

  • SpaceTV
  • 16 Sentyabr 2019 11:25

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Meksika Birləşmiş Ştatlarını Müstəqillik Günü münasibəti ilə təbrik edib.

Space -in xəbərinə görə bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib.

“Meksika Birləşmiş Ştatlarını Müstəqillik Günü münasibətilə təbrik edirik. İnanırıq ki, Azərbaycan ilə Meksika arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafı bundan sonra da davam edəcək və xalqlarımızın mənafelərinə xidmət edəcək”, – təbrikdə qeyd olunub.

Paylaş

 Xəbəriniz olsun