Azərbaycan vətəndaşları Monteneqroya karantin tələbi olmadan girəcək

  • SpaceTV
  • 1 İyun 2020 15:42

Monteneqro bu gündən bütün sərhədlərini açıq elan edib.

SPACE TV xəbər verir ki, Monteneqro hökuməti ilkin olaraq vətəndaşlarının karantin tələbi olmadan gələ biləcəyi ölkələrin siyahısını açıqlayıb. Bu ölkələr arasında Azərbaycan da var.

Seçilən ölkələrdə koronavirusa yoluxma əmsalı hər 100 minə maksimum 25 təşkil etməlidir. Siyahı hər həftə yenilənəcək.

İlkin olaraq Monteneqroya karantin tələbi olmadan Sloveniya, İslandiya, Xorvatiya, Slovakiya, İsveçrə, Albaniya, Avstriya, Norveç, Monako, Kosovo, Almaniya, Yunanıstan, Macarıstan, Danimarka, Latviya, Litva, Estoniya, İsrail və digər ölkələrin vətəndaşları daxil olacaq.

Paylaş

 Xəbəriniz olsun