Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiqlənməsi məsələsi müzakirəyə çıxarılıb.
Spacetv.az-ın xəbərinə görə, qanun layihəsi səsverməyə qoyulub və qəbul edilib.
Sənəd yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş zamanı imzalanıb.
Sənədə Aşqabadda Azərbaycan və Türkmənistan xarici işlər nazirləri imza atıb.