Azərbaycan və Türkiyənin parlament sədrləri görüşüb

  • Space TV
  • 11 Sentyabr 2020 15:47

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycan parlament nümayəndə heyətinin sentyabrın 11-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla görüşü olub.

Bu barədə Spacetv.az-a Milli Məclisdən məlumat verilib.

Görüşdə parlamentlərarası əlaqələrin perspektivləri, iki ölkə arasındakı münasibətlərin inkişafında parlamentlərin rolu barədə fikir mübadiləsi aparılıb.

Paylaş

 Xəbəriniz olsun