Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində birgə uçuşlar keçirəcək

  • Space TV
  • 15 Sentyabr 2020 13:23

Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.

Spacetv.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.

Paylaş

 Xəbəriniz olsun