Azərbaycan və Türkiyə hərbi istehkamçıları Ağdamda mühəndis təminatı üzrə tapşırıqları icra edir

  • Space TV
  • 29 Dekabr 2020 17:17

Azad edilmiş Ağdam rayonu ərazisində Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan minadan təmizləmə üzrə heyəti Azərbaycan Mühəndis Qoşunlarının bölmələri ilə birgə mühəndis təminatı üzrə tapşırıqları icra edir.

Bu barədə Spacetv.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hər iki ölkənin hərbi istehkamçıları əkin sahələri və əlaqə yollarını mina və partlamamış mərmilərdən təmizləyərək istifadəyə yararlı vəziyyətə gətirir.

Bildirilib ki, azad edilmiş ərazilərimizdə partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun