Azərbaycan və Maltanın futbol üzrə milli komandaları yenidən qarşılaşacaqlar

  • Space TV
  • 27 Dekabr 2019 15:53

Futbol üzrə Azərbaycanın əsas milli komandası gələn il martın 30-da yoldaşlıq oyunu keçirəcək.

SPACE TV -ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığma səfərdə Malta yığması ilə qarşılaşacaq.

Görüşün keçiriləcəyi stadion və başlanma vaxtı hələlik bəlli deyil.

Qeyd edək ki, Azərbaycan millisi 2018-ci ildə UEFA Millətlər Liqasında Malta yığması ilə iki dəfə üz-üzə gəlib. Hər iki qarşılaşma eyni hesabla yekunlaşıb – 1:1

Paylaş

 Xəbəriniz olsun