Azərbaycan və Gürcüstan sərhəddində xüsusi dəhliz yaradılıb.

  • Space TV
  • 16 Mart 2020 12:55

Bu gün gecə saat 00:00-dan  etibarən Azərbaycanla Gürcüstan arasında bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Məhdudiyyət Nazirlər Kabinetinin qərarına əsasən, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 10 gün ərzində həyata keçiriləcək. Məhz iki ölkənin sərhədində yaradılmış xüsusi dəhliz də bu müddətdə  fəaliyyət göstərəcək. Bu dəhliz vasitəsilə Azərbaycanda olan Gürcüstan vətəndaşları öz ölkəsinə, Gürcüstanda olan Azərbaycan vətəndaşları isə ölkəmizə qayıdacaqlar.

Eyni zamanda yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhlizi də fəaliyyət göstərəcək.

Bu arada Bakı-Tbilisi istiqamətində Azərbaycan vətəndaşları üçün, Tbilisi-Bakı istiqamətində isə əcnəbi vətəndaşların qatarla səfərlərinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəsmisi Natəvan Bayramova bildirdi ki, əvvəlcədən bilet alan sərnişinlər təəssüflənməsinlər. Çünki …

Bundan əlavəölkədə koronavirus təhlükəsinin yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan  Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində qərargah yaradılıb.

Bu gündən həmçinin “İçərişəhər” Dövlət Tarix -Memarlıq qoruğu idarəsinin strukturuna daxil olan bütün muzeylərin fəaliyyəti də dayandırılıb.

Onu da qeyd edək ki,İçərişəhərdə 19-29 mart tarixlərində planlaşdırılan ənənəvi Novruz tədbirləri də ləğv edilib. Bundan başqa bir sıra  turizm müəssisələrinə də girişə məhdudiyyət qoyulub.

NƏRGİZ ƏRƏSTUNQIZI  SPACE TV

Paylaş

 Xəbəriniz olsun