Azərbaycan və Böyük Britaniyanın hərbi təhsil üzrə ekspertləri arasında görüş keçirilib

  • Space TV
  • 17 Fevral 2021 17:43

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Azərbaycan və Böyük Britaniya müdafiə nazirliklərinin hərbi təhsil üzrə ekspertləri arasında görüş keçirilib.

Bu barədə Spacetv.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər hərbi təhsil sahəsində razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb, eləcə də hərbi ingilis dili kurslarının təşkilinin və ölkə xaricində keçirilən müxtəlif kurslarda iştirak edən hərbi qulluqçuların təcrübə mübadiləsinin zəruriliyini qeyd ediblər.

Görüşdə iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Paylaş

 Xəbəriniz olsun