Azərbaycan Türkiyəyə başsağlığı verdi

  • SpaceTV
  • 28 Fevral 2020 14:32

Azərbaycan Türkiyəyə İdlibdə hərbçilərinin şəhid olması ilə bağlı başsağlığı verib.

SPACE TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində yazılıb:

“İdlibdə Türkiyə əsgərlərinin şəhid olması xəbəri bizi dərindən kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı veririk. Başın sağ olsun, Kardeş Türkiye!”

Paylaş

 Xəbəriniz olsun