Azərbaycan-Türkiyə-İran görüşünün keçirilməsi müzakirə olunur

  • Space TV
  • 7 Sentyabr 2020 13:40

“İran-Türkiyə-Azərbaycan üçtərəfli görüşünün keçiriləcəyi tarixlə bağlı müzakirələr aparılır”.

Spacetv.az “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə sentyabrın 7-də keçirdiyi mətbuat konfransında bildirib.

“İranla Azərbaycan arasında əlaqələr heç bir sərhəd tanımır. Daha yüksək səviyyəli bir diplomatın Azərbaycana səfir göndərilməsi bu istiqamətdə atılan addımdır”, – o bildirib.

Qeyd edək ki, İranın Azərbaycandakı yeni səfiri Abbas Musəvi əvvəllər İran XİN-də sözçü vəzifəsində işləyib.

Paylaş

 Xəbəriniz olsun