Azərbaycan tibbində daha bir yenilik

  • SpaceTV
  • 15 Fevral 2020 16:42

Sənəm Cabbarova Mingəçevir Dövlət Tibb  kollecində 2 illik tibb bacısı ixtisası üzrə təhsil aldıqdan sonra tibb bacısı peşəsinə yiyələnib. 6 illik iş təcrübəsi olan müsahibim indi orta təhsil ixtisasını ali təhsillə əvəzləmək istəyir.Bəs gələcəkdə tibb univeristetində bakalavr pilləsi  üzrə tibb bacısı ali təhsili  alan məzunlarla  tibb texnikumu təhsili almış   tələbələrin təhsilində hər hansısa bir fərq vəya güzəştlər olacaqmı?

Əgər xəstənin  müayinə və müalicəsində həkim  əsas şəxsdirsə, bu müalicənin düzgün icra olunması üçün elə tibb bacısı da bir o qədər məsuliyyət daşıyır.Ölkəmizdə bu zamana kimi tibb bacıları yalnız 2 illik orta ixtisas təhsilinə yiyələnməklə və müəyyən kurs bilikləri  əldə etdikdən sonra bu sahədə çalışırdılarsa artıq bundan sonra  Tibb Universitetində  imtahan verən abituriyentlər yeni yaradılmış ixtisaslardan biri olan tibb bacısı  ixtisasını seçə biləcəklər.

Tibb  Univeristetinin tədris şöbəsinin müdiri Samir Cavadov deyir ki, Nazirlər Kabinetinin qərarı ilə bakalavriat, eləcə də ali tibb təhsili səviyyəsi üzrə ixtisasların təsnifatında  dəyişiklik edilərək, yeni  ixtisaslar əlavə edilib. Dəyişikliyə əsasən, bakalavriat  pilləsi  üzrə  Fizioterapiya və tibbi reabilitasiya və Tibb bacısı işi, magistratura üzrə  isə  Səhiyyə menecmenti  və  Kliniki psixologiya  ixtisasları əlavə edilib.

Samir Cavadovun sözlərinə görə4 illik  təhsildə daha çox baza təhsili ilə yanaşı, peşə bacarıqlarının artırılması yönündə bir çox fənnlər tədris ediləcək.

Qeyd  edək ki, abituriyentlər  Tibb Univeristetində yeni  yaradılmış ixtisasları 2020-21 -ci il ali təhsil müəssələrinə  qəbul imtanalarında 4-cü ixtisas qurupunda seçə biləcəklər.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun