Azərbaycan telekanalları və radiolarına “Formula-1” qadağan edildi

  • Space TV
  • 2 Mart 2021 12:51

Azərbaycan telekanalları və radioları bu il keçiriləcək “Formula-1” üçün media akkreditasiyasından keçə bilməyəcək. 

Spacetv.az-ın-ın xəbərinə görə, buna səbəb yarışın pandemiya şəraitində keçirilməsidir. 

Qeyd edək ki, yalnız media akkreditasiyasından yayım hüququ olan AzTV-yə (“İdman TV”) akkreditasiya veriləcək. Bundan başqa, yerli və xarici yazılı KİV nümayəndələrinin sayında da azalmalar olacaq. Burada əvvəllər “Formula-1” üçün akkreditasiya almış yerli saytlara üstünlük veriləcək. 

4-6 iyun tarixlərində keçiriləcək yarış üçün təxminən 50-dən çox yerli media nümayəndəsi qeydiyyatdan keçə biləcək. Ümumilikdə isə 150-dən çox yerli və xarici media nümayəndəsinin qeydiyyatına icazə veriləcək.

Qeyd edək ki, media akkreditasiya prosesi bugündən başlayıb və martın 20-dək davam edəcək.

Paylaş

 Xəbəriniz olsun