Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə yüksəlib – VİDEO

  • Space TV
  • 31 Avqust 2020 13:09

“Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tank heyəti yarışların növbəti günündə “Fərdi sürücülük” mərhələsində iştirak edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiya tankçıları ilə yarışlarda fərdi ustalıqlarını nümayiş etdiriblər.

Tankçılarımız müsabiqənin şərtlərinə əsasən sərrast atəşlə 3 hədəfi məhv edib və marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə keçərək yarımfinal mərhələsinə yüksəliblər.

Paylaş

 Xəbəriniz olsun