Azərbaycan taekvondoçusu Helsinqborqda qızıl medal qazandı

  • SpaceTV
  • 20 Fevral 2020 11:22

Azərbaycan taekvondoçuları İsveçin Helsinqborq keçirilən Avropa regionu üzrə sayca 5-ci olan “Prezident Kuboku” yarışında 4 medal qazanıblar.

SPACE TV-ın məlumatına görə, milli komandanın heyətində Payam Qobadi Oğaz 87 kq çəki dərəcəsində qızıl medala sahib olub.

Digər taekvondoçulardan Ayxan Tağızadə (74 kq), Radik İsayev (87+ kq) və Patimat Abakarova (53 kq) yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurub.

Yığmanın taekvondoçuları fevralın 22-də keçiriləcək “Helsinqborq Open” beynəlxaq turnirində də qüvvələrini sınayacaq.

Paylaş

 Xəbəriniz olsun