Azərbaycan-Suriya biznes forumunun vaxtı dəyişib

  • Space TV
  • 10 Mart 2020 13:04

Bakıda Suriya investorları və Azərbaycan sahibkarlarının iştirakı ilə keçiriləcək biznes forumun vaxtı cari ilin iyun ayının əvvəlinə keçirilib.

SPACE TV xəbər verir ki, bunu Ərəb Ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.

Onun sözlərinə görə, bu qərar koronavirusun yayılma təhlükəsi fonunda qəbul olunub.

Qeyd edək ki, təqribən 25-ə yaxın Suriya investorlarının iştirakı ilə keçiriləcək forumda əsasən üç sahə (aqrar, sənaye və ticarət) üzlə əməkdaşlıq perspektivləri nəzərdən keçiriləcək.

Xatırladaq ki, sözügedən biznes forum bu ilin martın sonu – aprelin əvvəlində Bakıda keçirilməli idi.

Paylaş

 Xəbəriniz olsun