Azərbaycan son 5 ildə Gürcüstanın Azərbaycandilli məktəblərinə 81 427 ədəd dərslik göndərib

  • SpaceTV
  • 5 Sentyabr 2019 16:12

Son 5 ildə Azərbaycan Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycandilli məktəblərinə göndərilən dərslik və metodik vəsaitlərin sayı açıqlanıb.

Nazirlikdən Space TV -yə bildirilib ki, bu müddət ərzində Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 81 427 ədəd dərslik və metodik vəsait göndərilib.

Sentyabrın 5-də Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 2019-2020-cu tədris ili üçün 21 adda 20 622 ədəd dərslik və metodik vəsait göndərilib. Sözügedən dərs vəsaitləri Təhsil Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib.

Paylaş

 Xəbəriniz olsun