Azərbaycan sığorta bazarı 11%-ə yaxın artıb

  • Space TV
  • 27 Avqust 2020 17:41

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən cəmi 467 482,7 min manat həcmində sığorta haqqı yığılıb.

Spacetv.az-ın məlumatına görə bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, hesabat dövründə şirkətlər tərəfindən 223 196 min manat həcmində ödəniş həyata keçirilib.

Sığorta yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 10,5%, ödənişlərdə isə 44% artıb.

Paylaş

 Xəbəriniz olsun