Azərbaycan sentyabr ayında 700 milyon dollarlıq məhsul ixrac edib – FOTO

  • Space TV
  • 3 Noyabr 2020 13:37

2020-ci ilin sentyabr ayında Azərbaycanın ümumi ixrac dəyəri 700 milyon ABŞ dolları həcmində olub.

Spacetv.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili Mərkəzi məlumat verib. 

Belə ki, qeyri-neft sektorunun ixracda həcmi 129,3 milyon ABŞ dolları olub. Bu ilin sentyabr ayında qeyri-neft sektoru məhsullarının ixracda həcmi 18,5 faiz təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz daha çoxdur.

Qeyri-neft sektorunda yeyinti məhsullarının payı 30,5 faizdir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu 3,9 faiz çoxdur.

Nigar Məmmədova

Paylaş

 Xəbəriniz olsun