Azərbaycan şahmatçısı Rauf Məmmədov Ukraynada ikinci olub

  • SpaceTV
  • 13 Sentyabr 2019 12:02

Azərbaycan şahmatçısı Rauf Məmmədov Ukraynada keçirilən beynəlxalq turnirdə ikinci olub.

Space xəbər verir ki, 9 turdan ibarət yarışda şahmatçımız 7 xal toplayıb.

Turnirin qalibi ukraynalı Vladimir Onişuk olub.

Yarışda 81 şahmatçı birincilik uğrunda mübarizə aparıb.

Paylaş

 Xəbəriniz olsun