Azərbaycan səfiri etimadnaməsini Gürcüstanın XİN başçısına təqdim edib

  • SpaceTV
  • 23 Sentyabr 2020 17:57

Azərbaycanın Gürcüstana təyin olunan yeni səfiri Faiq Quliyev etimadnaməsinin surətini bu ölkənin xarici işlər naziri David Zalkalianiyə təqdim edib.

Spacetv.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

D.Zalkaliani F.Quliyevi səfir təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir ümidvar olduğunu bildirib ki, iki ölkə arasında yüksək səviyyəli strateji və dostluq əlaqələri bundan sonra daha da dərinləşdiriləcək.

Mərasimdən sonra keçirilən görüşdə tərəflər Gürcüstan-Azərbaycan əlaqələrinin hazırkı vəziyyətini və gələcək əməkdaşlığın perspektiv və istiqamətlərini müzakirə ediblər.

Paylaş

 Xəbəriniz olsun