Azərbaycan, Rusiya və İran liderləri tezliklə görüşə bilər – AÇIQLAMA

  • Space TV
  • 26 Dekabr 2019 13:03

Ümid edirik ki, Rusiya, Azərbaycan və İran Prezidentlərinin sammiti tezliklə keçiriləcək.

SPACE TV-in xəbərinə görə, bunu “RİA Novosti”yə müsahibəsində İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.

O bildirib ki, İran Prezidenti Həsən Ruhani və Rusiya dövlət başçısı Vladimir Putinin təqdim etdiyi regional təşəbbüslər nəzərə alınsa, sammitlərin sayının çoxaldığını demək olar.

“Bu ilin avqust ayında Soçidə Rusiya-Azərbaycan-İran sammiti planlaşdırılırdı. Lakin bu, təxirə salındı. Ümid edirik ki, görüş tezliklə keçiriləcək”, – deyə səfir K.Cəlali əlavə edib.

Xatırladaq ki, Rusiya, Azərbaycan və İran dövlət başçılarının Soçi görüşü avqustun 14-nə planlaşdırılmışdı.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə demişdi ki, zirvə görüşü texniki səbəblərdən təxirə salınıb.

Paylaş

 Xəbəriniz olsun