Vilayət Eyvazov komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib

  • SpaceTV
  • 28 Sentyabr 2020 11:46

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə qərara alıram:

Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilsin. 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Paylaş

 Xəbəriniz olsun