Azərbaycan Respublikası Prezidentinin sərəncamı

  • SpaceTV
  • 19 Sentyabr 2019 11:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılması haqqında sərəncam imzalayıb.

Paylaş

 Xəbəriniz olsun