Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Novruz bayramı” ərəfəsində “DOST xonçası” adlı kampaniyaya start verib.

  • Space TV
  • 17 Mart 2020 16:06

Kompaniyaya Sosial Müdafiə Nazirliyi ilə yanaşı, Mədəniyyət Nazirliyi də dəstək verib. Bununla bağlı bütün regional idarələr səfərbər edilib. Kürdəmir Regional Mədəniyyət İdarəsinin əməkdaşları da idarənin əhatə etdiyi rayonlarda, eləcə də, Kürdəmirdə yaşayan tənha, aztəminatlı, ahıl insanların evlərinə baş çəkib, onları ziyarət edib. İdarənin əməkdaşları artıq dünəndən başlayaraq həmin ailələrlə görüşüb, onlara bayram sovqatı və maddi köməklik ediblər.

 İdarə tərəfindən atılan bu addım sakinlərin də böyük sevincinə səbəb olub. Onlar bayram ərəfəsində bu kimi yardımların edilməsini yüksək qiymətləndirib. Rəsmi nümayəndələrin onlarla maraqlandıqlarına görə öz təşəkkürlərini bildiriblər.

Gün ərzində bir neçə aztəminatlı ailəyə baş çəkilib. “Dost xonçası” lahiyəsi bayram günlərində respublikanın bütün ərazilərində mütəmadi olaraq təşkil olunacağı nəzərdə tutulur.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun