Azərbaycan Prezidenti slovakiyalı həmkarına məktub yazdı

  • Space TV
  • 31 Avqust 2020 15:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Prezidenti xanım Zuzana Çaputovaya təbrik məktubu ünvanlayıb.

Spacetv.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Paylaş

 Xəbəriniz olsun