Azərbaycan Prezidenti polşalı həmkarını milli bayram münasibətilə təbrik edib

  • SpaceTV
  • 2 May 2020 15:55

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudaya ölkəsinin milli bayramı – Konstitusiya Günü münasibətilə təbrik məktubu göndərib.

SPACE TV  xəbər verir ki, Prezident İlham Əliyev ölkələrimiz arasındakı dostluq əlaqələrinin bugünkü səviyyəsinin, qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinin məmnunluq doğurduğunu qeyd edib. Dövlətimizin başçısı inandığını bildirib ki, strateji tərəfdaşlıq münasibətlərimiz xalqlarımızın rifahı naminə bundan sonra daha da dərinləşəcək.

Prezident İlham Əliyev Prezident Andjey Dudaya möhkəm cansağlığı, fəaliyyətində müvəffəqiyyətlər, dost Polşa xalqına daim rifah arzulayıb.

Paylaş

 Xəbəriniz olsun