Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb

  • SpaceTV
  • 13 Avqust 2020 12:38

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Belarus Respublikasında keçirilən Prezident seçkilərində qələbə qazanan Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli Aleksandr Qriqoryeviç, Belarus  Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Seçkilərin nəticələri Belarus vətəndaşlarının Sizə yüksək etimadını, ölkənizin inkişafı naminə yürütdüyünüz siyasi xəttə geniş xalq dəstəyini bir daha təsdiq etdi.

İnanıram ki, bu inamlı qələbəniz qardaş Belarusun çiçəklənməsinə və onun beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edəcək, xalqlarımız arasında dostluq ənənələrinə əsaslanan Azərbaycan-Belarus strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlığın davamlı inkişafına töhfə verəcək.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Belarus xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

Paylaş

 Xəbəriniz olsun