Azərbaycan Prezidenti: “Düşmən ölkənin rəhbərliyi yalvarır”

  • Space TV
  • 9 Oktyabr 2020 17:42

“Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətddədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin başçılarına müntəzəm olaraq zəng edir”.

Spacetv.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

“Dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki, gəlin, bizi xilas edin. Onların xilasının yegənə yolu odur ki, torpaqlarımızdan çıxsınlar. Dəfələrlə bunu demişik”, – Prezident deyib.

Paylaş

 Xəbəriniz olsun