Azərbaycan Prezidenti: “Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur, münaqişə indi həll olunmalıdır”

  • Space TV
  • 3 Oktyabr 2020 12:37

“Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır”.

Spacetv.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev  oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə deyib.  

Prezident İlham Əliyev bildirib ki, Ermənistana kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş etdirin, atəşi dayandırın:

“Deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir”.

Paylaş

 Xəbəriniz olsun