Azərbaycan Prezidenti: “Bizdə olan məlumata görə, Gəncəyə hücum qərarı şəxsən Paşinyan tərəfindən verilib”

  • Space TV
  • 12 Oktyabr 2020 15:57

“Gəncə hücumunun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilib”.

Spacetv.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində bildirib.

“Bizdə dəqiq məlumat var ki, Paşinyan hazırda psixoloji sarsıntılar keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir”, – deyə dövlət başçısı qeyd edib.

Paylaş

 Xəbəriniz olsun