Azərbaycan Prezidenti “Bakutel-2019” sərgisi ilə tanış olub

  • SpaceTV
  • 4 Dekabr 2019 14:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” ilə tanış olublar.

SPACE TV-in məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma sərgi barədə məlumat verib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgidə nümayiş etdirilən pavilyonlarla tanış olublar.

Paylaş

 Xəbəriniz olsun