Azərbaycan Premyer Liqasının yeni loqosu – FOTO/VİDEO

  • SpaceTV
  • 12 Avqust 2020 16:37

Azərbaycan Premyer Liqasının loqosu dəyişdirilib.

Spacetv.az xəbər verir ki, yeni loqo dörd elementin vəhdətindən qurulub: 

1) Alov – “odlar yurdu” Azərbaycanın əsas simvollarından biridir;

2) Dalğavari hissə – Xəzər dənizinə işarədir;

3) Qartal – Azərbaycan xəritəsinin ümumi görünüşünü özündə əks etdirir;

4) Qartal, alov və dalğa ilə əhatələnən top isə futbolun əsas simvoludur.

Premyer Liqanın yeni loqosu tünd fonda ağ rəngdədir. Açıq fonda olarkən, loqonun əsas hissələri tünd göy göstərilir.

Paylaş

 Xəbəriniz olsun