Azərbaycan polisləri də ağac əkdi

  • SpaceTV
  • 7 Dekabr 2019 17:34

Bərdə rayon polisləri də ağacəkmə aksiyasında iştirak edib. Aksiya zamanı Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları da fəal iştirak ediblər. Tədbirdə zamanı polis şöbəsinin əməkdaşları rayonun iqlim şəraitinə uyğun və dözümlü, eləcə də dekorativ cəhətdən yaraşıqlı olan ağacları əkiblər. Həmçinin tədbir keçirilən ərazidə alaq otlarını və tullantıları təmizləyən polislər, yeni əkilmiş ağaclara qulluq göstərərək, suvarma işləri aparıblar. Qeyd edək ki, təbiətin mühafizəsi və bərpası istiqamətində görülən işlər çərçivəsində Bərdə RPŞ-nin əməkdaşları hər zaman aktiv mövqe sərgiləyiblər.

EMİN BABAYEV SPACE TV

Paylaş

 Xəbəriniz olsun