Azərbaycan para-atleti Qran-pridə qızıl medal qazandı

  • Space TV
  • 12 Fevral 2021 14:55

Azərbaycan para-atleti Heydər Həmidli Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Dubai 2021 World Para Athletics” Qran-prisində qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Spacetv.az-a verilən məlumata görə, Həmidli bu nailiyyətə F57 kateqoriyasında nizə atma növündə imza atıb. O, 43 metr 75 sm nəticə göstətərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Paylaş

 Xəbəriniz olsun