Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyası işini bərpa edir

  • Space TV
  • 7 Sentyabr 2020 14:57

Bu gün Azərbaycan və Özbəkistan xarici işlər nazirləri Ceyhun Bayramov və Əbdüləziz Kamilov arasında telefon danışığı baş tutub.

Spacetv.az Özbəkistan KİV-inə istinadən xəbər verir ki, söhbətin əvvəlində Əbdüləziz Kamilov Ceyhun Bayramovu Azərbaycanın Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib.

Söhbət zamanı tərəflər müxtəlif səviyyələrdə, o cümlədən Özbəkistanın MDB-də sədrliyi çərçivəsində keçiriləcək ikitərəfli və çoxtərəfli tədbirlərin cədvəlini və digər təşkilati məsələləri müzakirə ediblər.

XİN başçıları koronavirus pandemiyasının yaratdığı yeni şəraitə baxmayaraq, Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin fəal inkişaf etdiyini, bu ilin yanvar-iyul ayları arasında ticarət dövriyyəsinin 163% artdığını xüsusi qeyd ediblər.

Tərəflər həmçinin Azərbaycan və Özbəkistan arasında Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın işinin bərpası barədə razılığa gəliblər.

Paylaş

 Xəbəriniz olsun