Azərbaycan –Özbəkistan əlaqlələri 1 millət, 2 dövlət arasında olan əlaqələrdir. Bu, hər gün getdikcə güclənən qardaşlığın əlaqələridir. Bu sözləri Qənirə Paşayeva Azərbaycan Dövlət Pedaqoji universitetində keçirilən tədbirdə qeyd edib.
Yaxın günlərdə Özbəkistan prezidentinin türkdilli dövlətlərin başçılarının toplantısında iştirak etmək üçün Azərbaycana səfər edəcəyini deyən millət vəkili Özbəkistanın ən ağrılı məsələmiz olan Dağlıq Qarabağ probleminin həlli məsələsində hər zaman Azərbaycanın yanında olduğunu deyib.
Özbək yazıçısı Babaxan Məhəmməd Şərif isə bildirdi ki, Azərbaycan və Özbəkistan təkcə qardaşlıq bağları ilə deyil, sevgi bağları ilə bağlanıb.
Daşkənddəki Heydər Əliyev mədəniyyət mərkəzinin direktoru Samir Abbasov türk dünyasının mərkəzi olaraq Özbəkistanın Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV