Azərbaycan Ordusunun məhv etdiyi düşmən texnikalarının nömrələrindən ibarət lövhə hazırlanıb

  • Space TV
  • 10 Dekabr 2020 11:43

Azərbaycan Ordusunun Vətən müharibəsində məhv etdiyi düşmənə məxsus avtomobil və texnikaların nömrə nişanlarından ibarət nəhəng lövhə hazırlanıb.

Spacetv.az xəbər verir ki, lövhə Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib.

Lövhədə böyük hərflərlə “Qarabağ Azərbaycandır!” şüarı əks olunub.

Lövhə bu gün Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan hərbi paradda nümayiş etdiriləcək.

Paylaş

 Xəbəriniz olsun