Azərbaycan ordusunun generalı şəhid olub

  • SpaceTV
  • 14 İyul 2020 16:13

İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib.  Bu barədə jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib.  Kərim Vəliyev qeyd edib ki, döyüşlər nəticəsində Azərbaycan Ordusu da itki verib.

Səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olublar.

Paylaş

 Xəbəriniz olsun