Azərbaycan Ordusunun dörd hərbi qulluqçusu minaya düşüb – RƏSMİ

  • Space TV
  • 9 Fevral 2021 14:32

Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu – Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.

Spacetv.az xəbər veirr ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.

Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur.

Paylaş

 Xəbəriniz olsun