Azərbaycan Ordusunda valideyn görüşləri qadağan edildi

  • Space TV
  • 14 Mart 2020 16:54

Azərbaycan Ordusunda əsgərlərin valideynləri ilə görüşü qadağan edilib.

SPACE TV  xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bununla bağlı tapşırıq verib.

Bu gün keçirilən xidməti müşavirədə mövsümi yoluxucu xəstəliklər və koronavirus infeksiyasına yoluxma ehtimalının qarşısının alınması məqsədilə ölkədə həyata keçirilən qabaqlayıcı tədbirlərdən danışan Müdafiə naziri hərbi hissələrdə müvafiq tibbi və sanitar-epidemioloji tədbirlərin gücləndirilməsini tələb edib.

Nazir hərbi hissə və müəssisələrdə dezinfeksiya işlərinin gücləndirilmiş rejimdə davam etdirilməsi, hərbi qulluqçuların mütəmadi maarifləndirilməsi, eləcə də şəxsi gigiyena qaydalarına riayət olunmasına diqqətin daha da artırılması, o cümlədən kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması və valideynlərlə görüşlərin müvəqqəti dayandırılması barədə bir daha göstəriş verib.

Paylaş

 Xəbəriniz olsun