Azərbaycan neftinin qiyməti 37 dollara düşdü

  • SpaceTV
  • 30 Oktyabr 2020 11:24

Azərbaycan neftinin qiyməti ucuzlaşır.

Spacetv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,61 dollar ucuzlaşaraq 37,65 dollar təşkil edib.

Qeyd edək ki, ABŞ-da xam neft hasilatı və ehtiyatlarının artması, eləcə də Liviyada neft obyektləri və limanlardakı fors-major vəziyyət aradan qaldırıldıqdan sonra neft istehsalının yenidən başlaması nəticəsində bazarlarda tədarüklə bağlı yaranan narahatlıqlar “qara qızıl”ın qiymətlərinin aşağı istiqamətli dəyişməsinə təsir göstərir.

Paylaş

 Xəbəriniz olsun