Azərbaycan nefti həftə ərzində 5% ucuzlaşıb

  • Space TV
  • 10 Mart 2020 10:21

Ötən həftə ərzində (2-5 mart) dünya bazarında “Azeri Light” (CIF) markalı neft 5%-ə yaxın ucuzlaşıb.

SPACE TV xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 2,69 ABŞ dolları və ya 4,85% azalaraq orta hesabla 52,75 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 54,63 dollar təşkil edib, ən minimal göstərici isə 47,16 dollara bərabər olub.

Paylaş

 Xəbəriniz olsun