Azərbaycan nefti daha 1 dollar bahalaşıb

  • Space TV
  • 7 Oktyabr 2020 10:23

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,01 ABŞ dolları, yaxud 2,5% artıb.

Spacetv.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 41,48 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun