Azərbaycan nefti 64 dolları keçdi

  • Space TV
  • 16 Fevral 2021 11:13

Azərbaycan neftinin bir barelinin qiyməti 64 dollar həddini keçib.

“Azeri Light” markalı neftin bir bareli 1,57 dollar və ya 2,50 faiz bahalaşıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 64,34 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

Paylaş

 Xəbəriniz olsun