Azərbaycan nefti 2%-ə yaxın bahalaşıb

  • SpaceTV
  • 10 Avqust 2019 12:52

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,10 ABŞ dolları və yaxud 1,83% artıb.

 “Azeri Light” markalı neftin bir barelinin qiyməti 61,28 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 

Paylaş

 Xəbəriniz olsun