Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb

  • SpaceTV
  • 23 Avqust 2019 10:53

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,94 ABŞ dolları və yaxud 1,47% azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,12 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun